AZ

Fransada Denge qızdırması halları artıb

Fransanın paytaxtında keçiriləcək 2024-cü ildə Paris Olimpiadası öncəsi ölkədə denge qızdırması halları artmağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, vəziyyət narahatlığa səbəb olub.

Fransa Səhiyyə Nazirliyi yanında Səhiyyə Baş İdarəsinin direktoru dr.Qreqori Emeri mətbuata verdiyi açıqlamada yanvarın 1-dən bu yana 1679 denge qızdırması hadisəsinin görüldüyünü və hadisələrin ötən illə müqayisədə rekord səviyyədə artdığını bildirib. Emeri bildirib ki, xəstəlik daha çox Cənubi Amerikadan və Fransanın Karib dənizindəki xarici ərazilərindən gələn sərnişinlərdə müşahidə olunur. Fransanın İctimai Səhiyyə Baş direktoru dr. Karoline Semaille bu bölgələrdə denge qızdırması epidemiyasının görünməmiş səviyyədə olduğunu və xəstəliyin birbaşa Fransaya təsir etdiyini söyləyib.

Səlahiyyətlilər qeyd edir ki, Olimpiada zamanı virusa yoluxma halları arta bilər.

Qeyd edək ki, 2024-cü il Paris Olimpiadası 26 iyul-11 avqust tarixlərində keçiriləcək.

Müəllif: Səbinə Hüseynli
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla