AZ

Madonnaya daha bir şok iddia - Konsertə yenə gec gəldi

Dünya şöhrətli müğənni Madonnanı üç pərəstişkarı konsertə 2 saat gec çıxdığı üçün məhkəməyə verib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qastrol məşqində ciddi bakteriya infeksiyası keçirərək reanimasiyada müalicə alan müğənni Madonna təxirə salınmış "Celebration" adlı dünya turnesini davam etdirir. Vaşinqton konsertinə gələn tamaşaçılar müğənninin "pərəstişkarlarına tamamilə hörmətsizlik etdiyini" bildiriblər. Müğənninin konsertinə bilet alan 3 nəfər Madonnanın səhnəyə 2 saat gec gəldiyini iddia edərək şikayət edib. Qeyd edək ki, daha əvvəl müğənninin konsertində iştirak etmiş iki nəfər Maykl Fellous və Conatan Hadden, Madonnanın konsertə gec çıxdığını irəli sürərək məhkəməyə vermişdi. Dekabrın 13-də Nyu Yorkdakı Barclays Center-də keçirilən konsertə gələn tamaşaçılar konsertin 20:30-da başlamalı olmasına baxmayaraq, saat 22:30-da başladığını bildiriblər. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla