AZ

Rusiya Federasiya Şurasının sədri: Alen Simonyan bütün "qırmızı xətləri" keçib

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko senatorlara Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya əleyhinə bəyanatları ilə bağlı sorğu hazırlayıb Ermənistan parlamentinə göndərməyi tapşırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Matviyenko Simonyanın artıq bütün “qırmızı xətləri” keçdiyini bildirib.

Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin konfransında çıxış edən Simonyan “konfransın əsas mövzusunun Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərq münaqişəsi olduğunu” nəzərə alaraq, Ermənistanın Ukraynanın, həmçinin Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini təsdiqləmək istədiyini bildirib.

"Mən həmkarıma, Ermənistan parlamentinin sədrinə sual vermək istərdim: o, kimin adından bu cür süjetlər səsləndirib? Təbii ki, Rusiyanın çoxəsrlik dostluğu olan erməni xalqı adından deyil. Biz bu cür rusofob çıxışı nəzərdən qaçıra bilmərik. Mən Ermənistan parlamentinə yazılı sorğu göndərərdim ki, o, kimin adından danışıb və Ermənistan parlamenti bu "sxodka"da səslənən qiymətləri bölüşürmü? Biz bu cür rusofob, anti-Rusiya çıxışı diqqətsiz qoymayacağıq. Sadəcə, həmkarımız üçün ayıbdır ki, o, artıq bütün “qırmızı xətləri” keçib”, - Matviyenko vurğulayıb.

Qeyd edək ki, Simonyanın çıxışının mövzusu bu gün plenar iclasda Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin tərəfindən qaldırılıb və o, erməni spikerin bəyanatının qeyri-dost tonununda olduğunu söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
38
apa.az

10Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh