AZ

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

İsrail Müdafiə Ordusu gecə saatlarında "Hizbullah” silahlı-siyasi qruplaşmasının Livanın cənubunda yerləşən obyektlərinə, döyüşçülərinə avia və artilleriya zərbələri endirib.

7News.Az İsrail KİV-ə istinadən xəbər verir ki, məlumatı ordunun mətbuat xidməti yayıb.

Bildirilib ki, Livanın Şumr, Tir-Xarf, Markab, Ayta-Əş-Şaab, Maruin Şaxin, Kfar Şub rayonları hücuma məruz qalıb.

Məlumata görə, hücumun hədəfində qruplaşmanın hərbi təyinatlı binaları, müşahidə məntəqəsi, döyüşçülərin bölmələri olub.
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
25
Mənbələr
Şərh ()
Bağla