AZ

Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO

Məhkəmə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
 
Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb.
 
Qeyd edək ki, 2012-ci ildə İvanov Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. 2013-16-cı illərdə “Oboronstroy” ASC-nin baş direktoru, 2016-cı ilin mayında prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib.

Mənbə: RİA Novosti

Seçilən
60
11
Mənbələr
Şərh ()
Bağla