AZ

Məhkəmə Şoyqunun müavinini həbs etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Moskvanın Basmannı məhkəməsi xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunan Rusiya müdafiə nazirinin müavini Timur İvanovu həbs edib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

Məhkəmənin qərarı ilə Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur Vadimoviç İvanov barəsində ibtidai istintaq orqanlarının vəsatəti təmin edilib. Onun barəsində iki ay müddətində, yəni 23 iyun 2024-cü ilə qədər həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İvanov hərbi idarənin ehtiyacları üçün podrat və subpodrat işləri apararkən mütəşəkkil dəstənin tərkibində xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. 

Ağarza Elçinoğlu 

Seçilən
85
50
1

1Mənbələr

Şərh ()
Bağla