AZ

ABŞ Senatı Ukraynaya dəstək yardım paketini təsdiqləyib

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyard dollar dəyərində təhlükəsizlik yardımı da daxil olmaqla 4 qanun layihəsini təsdiqləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden bildirib ki, təsdiq edilmiş qanunvericilik paketi dünyanı daha təhlükəsiz edəcək.

ABŞ Senatı ötən şənbə günü ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi 4 qanun layihəsini, o cümlədən Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq təhlükəsizlik yardımı ilə bağlı səsvermə üçün toplaşıb. Demokratların Senat lideri Çak Şumer səsvermədən əvvəl etdiyi çıxışında Senatı 4 qanun layihəsi paketini təsdiqləməyə çağırıb və deyib: “Bir neçə gün əvvəl Nümayəndələr Palatası dəstək üçün zəruri olan milli təhlükəsizlik fondlarından istifadəni təsdiqlədi. Bu gün hərəkət etmək növbəsi Senatındır", - deyə o bildirib.

Müəllif: Səbinə Hüseynli
Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla