AZ

Azərbaycanda çörək və un məmulatlarına tələb düşməkdədir

Azərbaycanda əhalinin istehlak səbətində əsas yeri tutan un və çörək məhsullarının həcmi bir qədər də azalıb.

Banker.az xəbər verir ki, 2024-cü ilin ilk rübündə 262.1 min ton çörək istehsal edilib. Bu da illik müqayisədə 8.2 faiz azalmadır.

Azalma həmçinin buğda ununda da müşahidə edilir. Məsələn, 2023-cü ilin birinci rübündə 391.07 min ton buğda unu istehsal edildiyi halda, bu 2024-cü ildə azlaraq 365.38 min tona düşüb. Bu da 6.5 faiz azalmadır.

Unlu qənnadı məhsullarının istehsalı illik 0.2 faiz azalaraq 18.1 min tona qədər azalıb.

Əhalinin artımına rəğmən, ölkədə buğda məhsulları və çörəyin istehsalı azalmaqdadır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə unun istehsal həcmi illik müqayisədə 2.6 faiz azaldaraq 1 mln. 328.75 min tona, çörək isə 3.1 faiz azalaraq 1 mln. 207.15 min tona düşmüşdü.

Buğdanın istehsal və istehlakının zəifləməsi idxala da təsirini göstərməkdədir. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ilin ilk üç rübündə ölkəyə xaricdən (90% üzərində Rusiya) 356.15 min ton (108.76 mln. $) buğda idxal edilirdisə, cari ildə bu rəqəm 212 min tona (48.07 mln. $) düşüb.

Buğdanın bir tonu 2023-cü ildə bir ton buğda Azərbaycana 305.3 dollara başa gəldiyi halda, cari ildə bu rəqəm 226.8 dollara düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
22
banker.az

10Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh