AZ

Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…

“Nə vaxt görsəm ki, məni gözləyənlər çoxdur, vəziyyətin həlli variantımı deyəcəyəm".
 
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Serj Sərkisyan İrəvandakı ənənəvi üzdəniraq məşəl yürüşündən əvvəl jurnalistlərlə söhbətində deyib.
 
“Heç kim soyqırımını(dırnaqarası-S.L.) şübhə altına almağa qadir deyil… Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın ən düzgün və ən sərfəli yolu etimadsızlıq ifadə etməkdir. Bunun vaxtı gələcək… “Şərəf duyuram” fraksiyası və ya 2 fraksiya birlikdə bunu edə bilməz, ictimai təzyiqi təmin etməlisiniz. Nə vaxt görsəm ki, məni çox adam gözləyir, mən öz həll variantımı deyəcəyəm”, - deyə Sərkisyan çərənləyib.
 
Terrorçu eks-prezident Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasına etirazlara polis müdaxiləsinin də "çox təhlükəli vəziyyət" yaratdığını bildirib.
 
S.Laçın
 
 
Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla