AZ

BAŞLANDI! Sərkisyan XALQI İTAƏTSİZLİYƏ çağırdı: Paşinyanı DEVİRMƏK üçün MEYDANLARA... - CANLI

“Nə vaxt görsəm ki, məni gözləyənlər çoxdur, vəziyyətin həlli variantımı deyəcəyəm".

Tert.am-ın yaydığı məlumata görə, bunu Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Serj Sərkisyan İrəvandakı ənənəvi üzdəniraq məşəl yürüşündən əvvəl jurnalistlərlə söhbətində deyib.

“Heç kim soyqırımını(dırnaqarası-S.L.) şübhə altına almağa qadir deyil… Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın ən düzgün və ən sərfəli yolu etimadsızlıq ifadə etməkdir. Bunun vaxtı gələcək… “Şərəf duyuram” fraksiyası və ya 2 fraksiya birlikdə bunu edə bilməz, ictimai təzyiqi təmin etməlisiniz. Nə vaxt görsəm ki, məni çox adam gözləyir, mən öz həll variantımı deyəcəyəm”, - deyə Sərkisyan çərənləyib.

Terrorçu eks-prezident Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasına etirazlara polis müdaxiləsinin də "çox təhlükəli vəziyyət" yaratdığını bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla