AZ

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

Milanda

Bakı, 24 aprel, AZƏRTAC

İtaliyanın Milan şəhərində gecə saatlarında paketli hazır məhsulların satışını qadağan edən qanunun tətbiq edilməsi planlaşdırılır. Qadağa pizza, dondurma və digər yeməkləri ehtiva edəcək.

Bu barədə AZƏRTAC xarici mediaya istinadla xəbər verir.

Beləliklə şəhər səlahiyyətliləri gecə saatlarında şəhər küçələrini bürüyən səs-küylü izdihamla mübarizə aparmaq niyyətindədir. Qadağa may-dekabr dövründə, həftə içi saat 00:30-dan və istirahət günlərində 01:30-dan qüvvədə olacaq. O, yalnız açıq havadakı masalara şamil ediləcək.

Şəhər sakinlərinin apelyasiya vermək və qanunun mətninə dəyişikliklər təklif etmək üçün may ayına qədər vaxtları var.

Qeyd edək ki, 2013-cü ildə Milanda bu qaydanı tətbiq edilməsinə cəhdi edilib. Lakin qəzəblənmiş dondurma satıcıları etiraz bildirəndən sonra bu ideyadan imtina olunub. “The Independent” bildirir ki, qalmaqal fonunda mer Culiano Pizapia istefa vermək məcburiyyətində qalıb.

Seçilən
93
5
Mənbələr
Şərh ()
Bağla