AZ

Milanda gecə saatlarında pizza yemək qadağan olunur

İtaliyanın Milan şəhərində gecə saatlarında paketli hazır məhsulların satışını qadağan edən qanunun tətbiq edilməsi planlaşdırılır. Qadağa pizza, dondurma və digər yeməkləri ehtiva edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Beləliklə şəhər səlahiyyətliləri gecə saatlarında şəhər küçələrini bürüyən səs-küylü izdihamla mübarizə aparmaq niyyətindədir. Qadağa may-dekabr dövründə, həftə içi saat 00:30-dan və istirahət günlərində 01:30-dan qüvvədə olacaq. O, yalnız açıq havadakı masalara şamil ediləcək.

Şəhər sakinlərinin apelyasiya vermək və qanunun mətninə dəyişikliklər təklif etmək üçün may ayına qədər vaxtları var.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
5
Mənbələr
Şərh ()
Bağla