AZ

Çin Rusiyaya avadanlıq tədarükünü kəskin şəkildə azaldıb

2024-cü ilin mart ayında Çin 2022-ci ilin sonundan bəri ilk dəfə olaraq Rusiyaya maşın, avadanlıq (o cümlədən elektrik avadanlıqları), mexanizmlər, onların hissələri və aksesuarlarının tədarükünü azaldıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının baş elmi işçisi Aleksandr Firançuk qeyd edib ki, ötən ay Çindən Rusiya Federasiyasına tədarükün azalması 2023-cü ilin mart ayı ilə müqayisədə ölkədən ixracın ümumi həcminin 7,6 faiz azalması ilə izah olunur.

Bununla belə, məhsul kateqoriyaları üzrə tədqiq olunan təfərrüatlı məlumatlar ikinci dərəcəli sanksiyalar təhlükəsinin tədarüklərə təsirini göstərir - ən nəzərəçarpacaq azalma məhdudiyyətlər baxımından həssas olan məhsul mövqelərində ifadə edilir

Firançuk bildirib bunu.

Bundan əvvəl məlum olmuşdu ki, Çinin Rusiyaya ümumi ixracı mart ayında 16 faiz azalıb ki, bu da 2022-ci ilin ortalarından bəri ilk azalma olub.

Nazlı

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla