AZ

Ermənistanın 4 kəndi qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir - Ceyhun Bayramov

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasınarəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xaricisiyasət prioritetləri" mövzusunda beyin mərkəzlərinin nümayəndələriilə görüşdə çıxış edib.

Xİn-dən Trend-ə bildirilib ki, çıxışında nazir Ceyhun Bayramovölkəmizin xarici siyasətinin əsas istiqamətləri, Azərbaycan-Çexiyamünasibətlərinin cari vəziyyəti və perspektivləri, postmünaqişədövrünün reallıq və çağırışları, Azərbaycan və Ermənistan arasındanormallaşma prosesinin hazırkı durumu, habelə Azərbaycanın genişbölgədə enerji təhlükəsizliyi, nəqliyyat və komunikasiya sahəsindəgördüyü işlərdən bəhs edib.

Müasir çağırışlarla effektiv mübarizə sahəsində ölkəmizinregional əməkdaşlıq formatlarının təşviqində aktiv iştirak etdiyi,xüsusilə iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat vəkommunikasiyalar istiqamətlərində birgə layihələrinirəlilədilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinəson qoyulmasından, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpaolunmasından sonra regionda sülh və etimad quruculuğu istiqamətindəyeni imkanların yarandığını diqqətə çatdırıb.

Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşmagündəliyinin birbaşa ikitərəfli əsasda irəlilədilməsində, habelə buprosesə kənar müdaxilələrin qarşısının alınmasında qərarlı olduğubildirilib. Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycankəndinin bu yaxınlarda danışıqlar yolu ilə ölkəmizə qaytarılmasınınsülh prosesinin gələcəyi üçün ümidverici irəliləyiş olduğubildirilib.

Azərbaycanın COP29 sədrliyi, aparılan danışıqlar prosesi iləbağlı görüş iştirakçılarını məlumatlandıran nazir Ceyhun Bayramov,sədrliyimizin öz növbəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsinəverdiyimiz əhəmiyyəti səciyyələndirdiyini qeyd edib.

Daha sonra, nazir Ceyhun Bayramov görüş iştirakçılarınınçoxsaylı suallarını cavablandırıb.

Seçilən
52
31
Mənbələr
Şərh ()
Bağla