AZ

Ermənistanın 4 kəndi qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir - Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət prioritetləri" mövzusunda beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə çıxış edib.

Xİn-dən Trend-ə bildirilib ki, çıxışında nazir Ceyhun Bayramov ölkəmizin xarici siyasətinin əsas istiqamətləri, Azərbaycan-Çexiya münasibətlərinin cari vəziyyəti və perspektivləri, postmünaqişə dövrünün reallıq və çağırışları, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin hazırkı durumu, habelə Azərbaycanın geniş bölgədə enerji təhlükəsizliyi, nəqliyyat və komunikasiya sahəsində gördüyü işlərdən bəhs edib.

Müasir çağırışlarla effektiv mübarizə sahəsində ölkəmizin regional əməkdaşlıq formatlarının təşviqində aktiv iştirak etdiyi, xüsusilə iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətlərində birgə layihələrin irəlilədilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasından, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunmasından sonra regionda sülh və etimad quruculuğu istiqamətində yeni imkanların yarandığını diqqətə çatdırıb.

Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyinin birbaşa ikitərəfli əsasda irəlilədilməsində, habelə bu prosesə kənar müdaxilələrin qarşısının alınmasında qərarlı olduğu bildirilib. Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kəndinin bu yaxınlarda danışıqlar yolu ilə ölkəmizə qaytarılmasının sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyiş olduğu bildirilib.

Azərbaycanın COP29 sədrliyi, aparılan danışıqlar prosesi ilə bağlı görüş iştirakçılarını məlumatlandıran nazir Ceyhun Bayramov, sədrliyimizin öz növbəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsinə verdiyimiz əhəmiyyəti səciyyələndirdiyini qeyd edib.

Daha sonra, nazir Ceyhun Bayramov görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7439
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5137
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4814
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4632
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4398
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3657
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2926
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2652
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2637
Sabah 20 dərəcə isti olacaq
2553
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2549
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2208
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2164
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2059
Röyanın biabırçı videosu yayıldı
2033
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
1993
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1688
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1592
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1573
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1563