AZ

Qadın voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub. SİA xəbər verir ki, Yüksək Liqanın final matçında “Azərreyl” “Abşeron”u sınağa çəkib.

Qarşılaşmanı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasilyeva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezidenti Faiq Qarayev, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, ölkəmizdə səfərdə olan Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili də olublar.

Son iki mövsümün çempionlarının dueli gərgin mübarizə şəraitində keçib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmanın taleyi 4 setdə həll olunub. Ötən mövsümün çempionu “Azərreyl” 3:1 hesablı qələbə ilə titulunu qoruyub

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla