AZ

Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin bəzi detalları - İTTİHAM AKTI

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Telli Adiyevanın cinayət işinin bəzi detalları məlum olub.   Manset.az Report-a istinadən xəbər verir ki, istintaqla müəyyən olunub ki, Telli Adiyeva Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Fərhad Əhmədova yalan vəd verərək ona qarşı dələduzluq edib. Belə ki, F.Əhmədova külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla ondan hissə-hissə cəmi 161 min 649 manat 16 qəpik məbləğində dələduzluq edib. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Elnur Tağıyevə külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib 17 min manat məbləğində nağd pul alıb. Həmin pulun 5 min manatını Elnur Tağıyevə qaytarsa da, qalan 12 min manat pulu ələ keçirib. Eyni zamanda, Telman Ağakişiyevə 6 min manat, Taleh Süleymanova 8 min manat, İlkin Əlixanova 7 min manat məbləğində dələduzluq edib. Daha sonra onlar Səbuhi Qədirova külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verərək aldatmaqla 52 min manat, Aida İbrahimovadan isə aldıqları 17 min manatın 10 min manatını ona qaytarsa da, 7 min manat məbləğində dələduzluq edib. Həmçinin təqsirləndirilən şəxs Kəmaləddin Adiyevlə qabaqcadan ǝlbir olaraq, Gülnarə Rəhimovaya bank vǝ lombardlardan ucuz qiymətə qızıl-zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verərək, 6 min 280 manat məbləğində dələduzluq edib. İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs tanışı Səfurə Zeynalzadəyə "Invest Az" şirkətində işlədiyini, dünya maliyyə bazar və birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə olunacaq qazancdan ona verəcəyinə dair yalandan vəd verib aladadaraq, 8 min 500 manat məbləğində dələduzluq edib. O, digər tanışı Aygün Əliyevaya da "Invest Az" şirkətində işlədiyini, dünya maliyyə bazar va birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə ediləcək qazancdan ona vəd verib aldatmaqla ümumilikdə 10 min 870 manat məbləğində dələduzluq edib. Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır. İş üzrə 10 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb. Telli Adiyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla ) maddəsində ittiham irəli sürülüb.

Bu işdə adı hallanan Kəmaləddin Adiyevə qarşı isə Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülməklə ayrıca iş olaraq icraata ayrılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7282
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5078
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4763
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4559
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4350
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3621
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2908
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2645
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2580
Sabah 20 dərəcə isti olacaq
2536
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2478
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2169
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2154
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2043
Röyanın biabırçı videosu yayıldı
2006
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
1980
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1676
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1573
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1565
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1558