AZ

Azərbaycanda ilk - İnteqratib tibb və müalicə üzrə Beynəlxalq Simpozium

Bakıda daha bir beynəlxaq tədbiruğurla başa çatdı.

"Medicina" xəbər verir ki,aprelin 20-də “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi”nin təşkilatçılığı, “Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi”, “Afgen Genetik Diaqnoz Mərkəzi” və “Planeta” Apteklər Şəbəkəsinin sponsorluğu ilə JW Absheron Marriott Otelində “Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma” adlı I Beynəlxalq Elmi-Praktiki Simpozium keçirilmişdir. Simpoziumun tərəfdaşıqismində isə “Azərbaycan Pediatrlar Assosiasiyası”iştirak edirdi.


Ölkə miqyasındaseminar, tədbir və konfranslar keçirilməsində müəyyən təcrübəsi olan “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi”nin təşkiatçılığı iləbu dəfəki simpoziumdada 350-dən çox elmi işçi, həkim və səhiyyə idarəçisi bir araya toplanmışdı.



Növbəti illərdə də keçirilməsi planlaşdırılan Beynəlxalq Simpozium Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi iləöz işinə start verib. Daha sonra44 günlük Vətən Müharibəsi Şəhidlərinin xatirəsi 1dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə isə “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi”nin təsisçisi,Elxan Ənvər oğlu Yaqubov çıxış edib.



E. Yaqubov simpozium iştirakçıları və mühazirəçilərisalamlayandan sonratəşkilatçı olan Mərkəzin və İnteqrativ tibbin ölkəmizdəki inkişaf mərhələlərindən bəhs edib. Bildirib ki,indiyə qədər keçirilən seminar, təbdir və konfranslarda 6000-dən çox həkim İteqrativ Tibbin müalicə metodları barədə nəzəri biliklərə yiyələnib. Bu təlimlərdən yararlanan həkimlərin səyi nəticəsindəxroniki və autoimmun xəstəliklərin uzunmüddətli və qalıcı effektləri ölkə vətəndaşlarının sağlamlığına müsbət təsir göstərib. Bu da İnteqrativ Tibbin ölkə səhiyyəsinə verdiyi töhfədir.

Daha sonra söz mühazirəçilərə verilib. Türkiyə, İsveçrə və İtaliyanın tanınmış həkim və İnteqrativ Tibb üzrəekspertlərinin, həmçinin, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin professor və həkimlərininmaraqlı mühazirələri bir-birini əvəz edib.

Öncət.e.d. Prof. Fikriyyə İbrahimli “Xroniki xəstəliklərin müalicəsində yeni imkanlar” mövzusundakı mühazirəsinisimpozium iştirakçılarına təqdim edib. Daha sonra İsveçrənin Sonnenberq Biomed mərkəzinin təsisçisi və baş həkimi,Dr.med. Thomas Rau “Bioloji Təbabət paradiqması. Xroniki xəstəliklərin kompleks terapiyasında effektiv müalicəsi”, “Xəstəliklərin xronikləşməsində Leaky Gut (dəlikli bağırsaq) sindromunun rolu və effektiv müalicəsi” və “Degenerativ xəstəliklərin İnteqrativ Tibblə müalicəsi” ilə bağlı 3müxtəlifmövzuda mühazirə söyləyib.


Simpoziuma dəvət olunanlarT. Raunun mühazirəsi sayəsində sözü gedən xəstəliklərin müalicəsinəmüasir yanaşmalar haqda geniş informasiya əldə ediblər.


Daha sonra Türkiyədən dəvətli “Bütüncül Tıp Məktəbi”nin qurucusu və rəhbəri Dr. med. Murat Baş “Kronik hastalıklarda Bütüncül Yaklaşım. Kök etyopatogenez” mövzusundakı mühazirəsiniiştirakçıların nəzərinə çatdırıb.


Növbəti mühazirəçi “GUNA Pharmaceuticals” şirkətinin Elmi direktoru Alessandro Perra “Xroniki dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində kiçikdozalı preparatların istifadəsi” mövzusu ilə çıxış edib. İtaliyanın tanınmış mütəxəssisininelmicəhətdən əsaslandırdığı fikirlərisimpozium iştirakçılarının marağına səbəb olub.


Qeyd etdiyimiz kimi, simpoziumda əcnəbi mühazirəçilərlə yanaşıyerli həkimlərimiz də çıxış edirdi.Terapevt, İnteqrativ tibb üzrə ekspert Arzu Musayevanın “Şəkərli diabetin fəsadlarının müalicəsində yeni imkanlar” mövzusundakı mühazirəsi informasiya baxımından zənginliyi ilə fərqlənirdi.



Həkim-qastroenteroloq, İnteqrativ tibb üzrə ekspert Arzu Quliyevanın mühazirəsi isə“Bağırsağın iltihabı xəstəliklərinin müalicəsində yeni imkanlar” mövzusuna həsr olunmuşdu. A.Quliyevanınİnteqrativ Tibb metodları ilə müalicəsi sayəsindəsağlamlıqlarına qovuşan onlarla yerli və xarici pasientinuğurlu nəticələrininvideo görüntüləri dəsimpozium iştirakçılarına təqdim olunub.





Sondasimpozium iştirakçıların xatirə fotosu iləöz işinə yekun vurub.

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla