AZ

Universitetlər arasında milli şəbəkələşmə, bilik və təcrübə mübadiləsini təşviq edən layihə

22 aprel 2024-cü il tarixində Bakı Biznes Univeristetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində hesabat konfransı baş tutub. Konfransda 28 yerli ali təhsil müəssisəsindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən, Dövlət Məşğulluq Agentliyindən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan, həmçinin layihənin xarici tərəfdaşları olan olanLitvanın MykoloRomero Universitetindən, İsveçin Kral Texnologiya Universitetindən, Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çoxnümayəndə iştirak edib. Konfransınəsas məqsədi layihə çərçivəsində fəaliyyət göstərən komitələrin hesabatlarının dinlənilməsi və müvafiq müzakirələrin aparılmasıolub.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov qonaqları salamlayıb və universitetdə görməkdən məmnun olduğunu qeyd edib. Rektor layihənin universitetlər arasında milli şəbəkələşməni, bilik və təcrübə mübadiləsini, eləcə dəqarşılıqlı dəstəyi təşviq etdiyini söyləyib. O, komitələrin uğurlu fəaliyyətindən bəhs edərək hər kəsə uğurlar arzu edib.

Layihənin koordinatoru, Bakı Biznes Universitetinin Universitet-sənaye işbirliyi mərkəzinin direktoru Gülşən Bayramova isə layihə müddətində həyata keçirilən fəaliyyətlər haqqındaqısa hesabatla çıxış edib.
Daha sonraTədris işləri və keyfiyyət təminatı komitəsinin sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Elmi işlər üzrə komitənin sədri, Bakı Avrasiya Universitetinin prorektoru Gülzar İbrahimova, Beynəlmiləlləşmə komitəsinin öncəki sədri, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və yeni komitə sədri, Bakı Biznes Universitetinin prorektoru Eşqin Bayramov, Tələbə və məzunlarla iş komitəsinin sədri,Bakı Biznes Universitetinin prorektoru CavidanHeydarov, Strateji inkişaf məsələləri üzrə komitənin sədri, Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz Aslanlı müvafiq istiqamətlər üzrə həyata keçirilən fəaliyyətlər barəsində hesabat xarakterli çıxış ediblər.

Hesabat məruzələrindən sonra Erasmus Azərbaycan Ofisinin rəhbəri Pərviz Bağırov çıxış edərək həyata keçirilən beynəlxalq layihələrin Azərbaycan ali təhsilinin hərtərəfli inkişafı baxımından önəmindən bəhs edib.
Layihənin xarici tərəfdaşları qismində isə Litvanın MykoloRomerio UniversitetininTədris işləri üzrə prorektoru ReginaValutytė və Belçika EFMD təşkilatının Beynəlxalq layihələr üzrə direktoru KristoferTerrase çıxış edərək layihə barəsində öz təəssüratlarını bölüşüblər.

Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla