AZ

Universitetlər arasında milli şəbəkələşmə, bilik və təcrübə mübadiləsini təşviq edən layihə (FOTO)

Bakı. Trend:

22 aprel 2024-cü il tarixində Bakı Biznes Univeristetində“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsiçərçivəsində hesabat konfransı baş tutub. Konfransda 28 yerli alitəhsil müəssisəsindən, Kiçik və Orta Biznesin İnkişafıAgentliyindən, Dövlət Məşğulluq Agentliyindən, Əmək Bazarı vəSosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan, həmçininlayihənin xarici tərəfdaşları olan olan Litvanın Mykolo RomeroUniversitetindən, İsveçin Kral Texnologiya Universitetindən,Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çox nümayəndəiştirak edib. Konfransın əsas məqsədi layihə çərçivəsində fəaliyyətgöstərən komitələrin hesabatlarının dinlənilməsi və müvafiqmüzakirələrin aparılması olub.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru,professor İbad Abbasov qonaqları salamlayıb və universitetdəgörməkdən məmnun olduğunu qeyd edib. Rektor layihəninuniversitetlər arasında milli şəbəkələşməni, bilik və təcrübəmübadiləsini, eləcə də qarşılıqlı dəstəyi təşviq etdiyini söyləyib.O, komitələrin uğurlu fəaliyyətindən bəhs edərək hər kəsə uğurlararzu edib.

Layihənin koordinatoru, Bakı Biznes UniversitetininUniversitet-sənaye işbirliyi mərkəzinin direktoru Gülşən Bayramovaisə layihə müddətində həyata keçirilən fəaliyyətlər haqqında qısahesabatla çıxış edib.

Daha sonra Tədris işləri və keyfiyyət təminatı komitəsininsədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru EldarAslanov, Elmi işlər üzrə komitənin sədri, Bakı AvrasiyaUniversitetinin prorektoru Gülzar İbrahimova, Beynəlmiləlləşməkomitəsinin öncəki sədri, Azərbaycan Dillər Universitetininprorektoru Jalə Qəribova və yeni komitə sədri, Bakı BiznesUniversitetinin prorektoru Eşqin Bayramov, Tələbə və məzunlarla işkomitəsinin sədri, Bakı Biznes Universitetinin prorektoru CavidanHeydarov, Strateji inkişaf məsələləri üzrə komitənin sədri,Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru ArazAslanlı müvafiq istiqamətlər üzrə həyata keçirilən fəaliyyətlərbarəsində hesabat xarakterli çıxış ediblər.

Hesabat məruzələrindən sonra Erasmus Azərbaycan Ofisinin rəhbəriPərviz Bağırov çıxış edərək həyata keçirilən beynəlxalq layihələrinAzərbaycan ali təhsilinin hərtərəfli inkişafı baxımından önəmindənbəhs edib.

Layihənin xarici tərəfdaşları qismində isə Litvanın MykoloRomerio Universitetinin Tədris işləri üzrə prorektoru ReginaValutytė və Belçika EFMD təşkilatının Beynəlxalq layihələr üzrədirektoru Kristofer Terrase çıxış edərək layihə barəsində öztəəssüratlarını bölüşüblər.

Universitetlər
Universitetlər
Universitetlər
Universitetlər
Universitetlər
Universitetlər
Universitetlər
Universitetlər
Universitetlər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla