AZ

"Qoşunlarımız geri çəkildi, ərazidə Azərbaycan bayrağı dalğalanır" - Erməni arxiyepiskopu

"Vəziyyət son dərəcə ağırdır, aylarla, günlərlə düşündüklərimiz reallığa çevrildi. Ordumuz mövqelərindən geri çəkildi".

Bakupost.az xəbər verir ki, bunu ArmLur.am-ın əməkdaşı ilə söhbətində Xeyrimli (Kirants) kəndində yaşayan erməni arxiyepiskopu Baqrat Qalstanyan deyib.

“Artıq deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Mən bunu öz gözlərimlə görməmişəm. Amma belə deyirlər, yəqin insanlar görüblər. Başa düşürsüz, insanlarımız hansı psixoloji vəziyyətdədilər? Bu mübarizə həqiqət və ədalət uğrundadır və biz qalib gəlməliyik. Bizim başqa variantımız yoxdur.

Gülməli vəziyyətdir, ordu qapıları düşmənin üzünə açır, xalq isə öz polis və əsgərlərinə qarşı döyüşür və deyir: qapıları açmayın. Tarixdə həmişə bunun əksi olub. Bu, yalana xidmət etmək prosesidir”, - Qalstanyan bildirib.

Xatırladaq ki, Xeyrimlidə Ermənistan-Gürcüstan dövlətlərarası yolu bir neçə gündür bağlanıb. Bu, Ermənistan baş nazirinin müavini Mhqr Qriqoryanın demarkasiya və delimitasiya işləri ilə bağlı Azərbaycanla razılıq əldə olunduğu barədə bəyanat yaymasından sonra baş verib.

Zaur
BakuPost
Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla