AZ

"Ordumuz geri çəkildi" - Tavuşda son vəziyyət

Vəziyyət son dərəcə ağırdır, aylarla, günlərlə düşündüklərimiz reallığa çevrildi. Ordumuz mövqelərindən geri çəkildi.

Ölkə.Az xəbər verir ki, bunu Xeyrimli (Kirants) kəndində ArmLur.am ilə söhbətində Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.

450058

“Artıq deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Mən bunu öz gözlərimlə görməmişəm, amma belə deyirlər, yəqin insanlar görüblər. Siz başa düşürsünüz, insanlar necə psixoloji vəziyyətdədirlər. Bu mübarizə həqiqət və ədalət uğrundadır və qalib gəlməlidir. Bizim başqa variantımız yoxdur.

Gülməli vəziyyətdir, ordu qapılarını düşmənin üzünə açır, amma xalq öz polisinə və əsgərlərinə qarşı döyüşür və deyir: qapıları açmayın. Tarixdə həmişə bunun əksi olub. Bu, yalanı inkar etmək və ona xidmət etmək prosesidir”, - Qalstanyan bildirib.

Xatırladaq ki, Tavuş vilayətində dövlətlərarası yol bir neçə gündür bağlanıb. Bu, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın demarkasiya və delimitasiya işləri ilə bağlı Azərbaycanla razılıq əldə olunduğu barədə bəyanat yaymasından sonra baş verib. 

Miri
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
Mənbələr
Şərh ()
Bağla