AZ

BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO

Bakı Dövlət Universiteti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 22 aprel - Beynəlxalq Yer Gününə həsr olunmuş maarifləndirici seminar və təmizlik aksiyası keçirilib. 
 
Tədbir çərçivəsində BDU-nun müəllimləri tərəfindən Bakı şəhər 119 və 256 nömrəli tam orta məktəblərdə şagirdlərə iqlim dəyişikliyi, onun ekosistemə, ətraf mühitə və insan sağlamlığına təsiri, ekologiyanın qorunmasında şagirdlərin üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib. BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarov  çıxışlarında günün önəmini qeyd edib, ölkəmizdə ekologiyanın qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə danışıblar. BDU-nun müəllimləri Qismət Xanbabayev “Yaşıl enerji ehtiyatlarının coğrafi paylanması və əhəmiyyəti”, Məhluqə Yusifova “İqlim dəyişikliyi problemi və onun Azərbaycana təsiri”, Qiyas Bayramov “Su ehtiyatlarının çirklənməsinin səbəbləri”, Günel Sarıyeva “Qlobal ekoloji problemlər və onların yaratdığı fəsadlar” mövzularında məruzələr edib, şagirdlərin suallarını cavablandırıblar. 
 
Sonra tədbir hər iki qurumun könüllülərinin iştirakı ilə Türkan qəsəbəsində dənizkənarı ərazidə təmizlik aksiyası ilə davam etdirilib. Tədbir könüllülərin üzərində “Earth day” (“Yer Günü”) yazılmış plakat açaraq keçirdikləri fləşmobla başa çatıb.
 
Qeyd edək ki, aksiyanın məqsədi ictimaiyyətin diqqətini günün əhəmiyyətinə yönəltmək, insanları, xüsusilə yeniyetmələri ekoloji maarifləndirmək, onları ətraf mühitin mühafizəsinə və təbiətə qayğı ilə yanaşmağa təşviq etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8167
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5263
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5076
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4821
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4593
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3770
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3087
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2803
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2770
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2729
Sabah 20 dərəcə isti olacaq
2679
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2289
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2251
Röyanın biabırçı videosu yayıldı
2205
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2100
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2078
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1841
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1674
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611