AZ

Sevgilisinin ölümünə döyməyən qız intihar etdi - Bu gün toyları olacaqdı

Qəbələdə 20 yaşlı qız özünü asıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir.

Daha bir məqam isə özünü asaraq intihar edən qızın qardaşı - Bəhruz Quliyevin 1992-ci il şəhidi olmasıdır. Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.

Onun nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
3
Mənbələr
Şərh ()
Bağla