AZ

AÇ-2024: Oyunları idarə edəcək 18 hakimin adı açıqlandı

UEFA bu ilə Almaniyada keçiriləcək Avropa çempionatının (AÇ-2024) oyunlarını idarə edəcək əsas hakimlərin adlarını açıqlayıb.

Arena.az xəbər verir ki, qitə futbol qurumu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yekun siyahıda 18 ədalət təmsilçisi yer alıb. Onların arasında türkiyəli FIFA referisi Halil Umut Meler də var.

Avropa çempionatında oyunları bu hakimlər idarə edəcəklər:

Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya)
Fransua Leteksye, Klement Turpin (hər ikisi Fransa)
Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə)
Daniel Siebert, Feliks Tsvayer (hər ikisi Almaniya)
Xesus Xil Mansano (İspaniya)
Artur Soares Dias (Portuqaliya)
Danni Makkeli (Niderland)
İştvan Kovaç (Rumıniya)
İvan Kruzlyak (Slovakiya)
Şimon Marçinyak (Polşa)
Halil Umut Meler (Türkiyə)
Qlenn Nuberq (İsveç)
Sandro Şerer (İsveçrə)
Slavko Vinçiç (Sloveniya).

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Yarışın oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.

Avropa çempionatının hazırkı qalibi AÇ-2020-nin finalında Londonun “Uembli” stadionunda İngiltərə yığmasını məğlub etmiş İtaliya komandasıdır. Həmin finalın taleyini “skuadra adzurra” penaltilər silsiləsində öz xeyrinə həll etmişdi – 3:2 (əsas və əlavə vaxt: 1:1).

Sonda AÇ-2024-ün final mərhələsində qrupların tərkibini bir daha xatırladırıq:

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Polşa, Niderland, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna

F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya

Seçilən
84
8
Mənbələr
Şərh ()
Bağla