AZ

AVRO-2024-də oyunları bu hakimlər idarə edəcək – SİYAHI

Almaniyada keçiriləcək Avropa çempionatında oyunları idarə edəcək əsas hakimlər bəlli olub.

Msport.az-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Yekun siyahıda 18 FIFA referisinin adı göstərilib.

AVRO-2024-də oyun idarə edəcək hakimlər: Artur Soareş Diaş (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Guida, Daniele Orsato (hər ikisi İtaliya), İstvan Kovats (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua Leteksye, Klement Turpin (Fransa), Danni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Halil Umut Meler (Türkiyə), Qlenn Nuberq (İsveç), Maykl Oliver, Antoni Teylor (hər ikisi İngiltərə), Sandro Şerer (İsveçrə), Daniel Siebert, Felik Tsvayer (Almaniya), Slavko Vinçiç (Sloveniya)

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
8
Mənbələr
Şərh ()
Bağla