AZ

“İcazəsiz şəkildə əməliyyatlar aparmaq qanun pozuntusudur” - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Şəxsi bilgilərin qorunması iki faktorlu girişə əsaslanır. Sosial şəbəkələrdən istifadə getdikcə artır, bu özü ilə bərabərində riskləri gətirir. Təhlükələrdən qorunmaq üçün isə şifrənin qoyuluşu müəyyən qaydalara əsaslanmalıdır. Linklərə giriş azaldılmalıdır. Səbəbi isə ziyanverici proqramlardan qorunmaqdır. Daha aydın desək minimum statistikaya çatdırmaqdır”. Bu sözləri SİA-ya açıqlamasında kibertəhlükəsizlik üzrə məsləhətçi Vüsal Salmanov deyib.

Onun sözlərinə görə, ən əsas olan iki faktorlu girişi aktivləşdirmək önəmlidir: “İkifaktorlu giriş üçüncü şəxslərin profilə daxil olmasına mane olur. Beləliklə, hesab digər şəxslərdən qorunmuş olur".

Ekspert icazəsiz şəxsi bilgilərdən istifadənin nəticələrini qeyd edib: “Bizim qanunlarımızda, həmçinin Cinayət Məcəlləsində qeyd olunur ki, icazəsiz şəxsi bilgilərindən istifadə olmaz. İcazəsiz şəkildə əməliyyatlar aparmaq qanun pozuntusudur. Əgər bu hal gərçəkləşərsə cərimə və həbs cəzası ilə nəticələnir. Bu istiqamətdə qeyri-hökümət təşkilatları yaranıb. Nümunə olaraq AKTA (Azərbaycan Kiber Təhlükəsizlik Assosiyası) göstərə bilərik. Belə təşkilatların məqsədi maarifləndirmək və gələcək təhlükələrdən qorunmaqdır”.

Ləman Sərraf

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla