AZ

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

style='margin-bottom:10px;'>

Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Estoniya yığması Baltik kuboku adlanan mini-turnirdə iştirak edəcək.

QOL.az Estoniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, komanda açılış matçında Farer adaları ilə qarşılaşacaq. 

Oyun iyunun 8-də Tallində keçiriləcək. Turnirdə Estoniya və Farer adaları ilə yanaşı, Litva və Latviya yığmaları da çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Estoniya ilə oktyabrın 11-də səfərdə, noyabrın 16-da isə Bakıda üz-üzə gələcək.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla