AZ

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Estoniya yığması Baltik kuboku adlanan mini-turnirdə iştirak edəcək.

Futbolinfo.az Estoniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, komanda açılış matçında Farer adaları ilə qarşılaşacaq.

Oyun iyunun 8-də Tallində keçiriləcək. Turnirdə Estoniya və Farer adaları ilə yanaşı, Litva və Latviya yığmaları da çıxış edəcək.

Azərbaycan yığması Estoniya ilə oktyabrın 11-də səfərdə, noyabrın 16-da isə Bakıda üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla