AZ

Universitetlər arasında milli şəbəkələşmə, bilik və təcrübə mübadiləsini təşviq edən layihə -FOTO

22 aprel 2024-cü il tarixində Bakı Biznes Univeristetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində hesabat konfransı baş tutub. Konfransda 28 yerli ali təhsil müəssisəsindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən,  Dövlət Məşğulluq Agentliyindən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan, həmçinin layihənin xarici tərəfdaşları olan olan Litvanın Mykolo Romero Universitetindən, İsveçin Kral Texnologiya Universitetindən, Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çox nümayəndə iştirak edib. Konfransın əsas məqsədi layihə çərçivəsində fəaliyyət göstərən komitələrin hesabatlarının dinlənilməsi və müvafiq müzakirələrin aparılması olub.

 Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov qonaqları salamlayıb və universitetdə görməkdən məmnun olduğunu qeyd edib. Rektor layihənin universitetlər arasında milli şəbəkələşməni, bilik və təcrübə mübadiləsini, eləcə də qarşılıqlı dəstəyi təşviq etdiyini söyləyib. O, komitələrin uğurlu fəaliyyətindən bəhs edərək hər kəsə uğurlar arzu edib.

Layihənin koordinatoru, Bakı Biznes Universitetinin Universitet-sənaye işbirliyi mərkəzinin direktoru Gülşən Bayramova isə layihə müddətində həyata keçirilən fəaliyyətlər haqqında qısa hesabatla çıxış edib.

Daha sonra Tədris işləri və keyfiyyət təminatı komitəsinin sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Elmi işlər üzrə komitənin sədri, Bakı Avrasiya Universitetinin prorektoru Gülzar İbrahimova, Beynəlmiləlləşmə komitəsinin öncəki sədri, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və yeni komitə sədri, Bakı Biznes Universitetinin prorektoru Eşqin Bayramov, Tələbə və məzunlarla iş komitəsinin sədri, Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydarov, Strateji inkişaf məsələləri üzrə komitənin sədri, Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz Aslanlı müvafiq istiqamətlər üzrə həyata keçirilən fəaliyyətlər barəsində hesabat xarakterli çıxış ediblər.  

Hesabat məruzələrindən sonra Erasmus Azərbaycan Ofisinin rəhbəri Pərviz Bağırov çıxış edərək həyata keçirilən beynəlxalq layihələrin Azərbaycan ali təhsilinin hərtərəfli inkişafı baxımından önəmindən bəhs edib.

Layihənin xarici tərəfdaşları qismində isə Litvanın Mykolo Romerio Universitetinin  Tədris işləri üzrə prorektoru Regina Valutytė və Belçika EFMD təşkilatının Beynəlxalq layihələr üzrə direktoru Kristofer Terrase çıxış edərək layihə barəsində öz təəssüratlarını bölüşüblər.

Seçilən
68
2
Mənbələr
Şərh ()
Bağla