AZ

Bu qaydanı pozan şəxslər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək.

Musavat.com-un məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:

Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin
Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.

Taksilərin salonunda videokameralar olmalıdır.

Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır.

Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.

İyulun 1-dən etibarən, istehsal ili 15-i keçən maşınlar taksi fəaliyyəti üçün yararsız hesab olunacaq. Bu, o deməkdir ki, yaşı 15-dən yuxarı olan avtomobil sahibləri taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Buna əməl etməyən sürücülər isə cərimələnəcək.

Mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, taksi sürücüləri ilə bağlı maarifləndirmə işləri görülür: ""Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi xidməti sektorunda buraxılış vəsiqəsi və buraxılış kartı tətbiq edilir. Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür.

Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.

Taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri olmayan daşıyıcıya, eyni zamanda buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün isə 300 manat məbləğində cərimə sanksiyaları mövcuddur. Buraxılış vəsiqəsi olmadan taksi fəaliyyəti göstərənlərə AYNA, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlara isə həm AYNA, həm də DYP tərəfindən cərimələr tətbiq edilə bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8180
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5273
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5084
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4825
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4609
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3779
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3090
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2814
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2770
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2745
Sabah 20 dərəcə isti olacaq
2681
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2291
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2253
Röyanın biabırçı videosu yayıldı
2213
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2104
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2080
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1848
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1679
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1615