AZ

“Asiya ölkələrindən Azərbaycana gələnlərin sayında artımlar var” - DEPUTAT FİKİR BİLDİRDİ

“Qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün prioritet olaraq qalır. Azərbaycan xüsusilə neftdən asılılığın minimumlaşdırılması və enerjidən kənar sahələrin inkişafının daha yaxından dəstəklənməsini həyata keçirir. Birinci rübün yekunları da göstərir ki, qeyri-neft sənayenin 7.6 faiz, qeyri-neft sektorunda 6.7 faiz artım qeydə alınıb. Bu nəticə etibarilə iqtisadi inkişafda qeyri-neft sektorunun drayverə çevrilməsi mənasına gəlir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, qeyri-neft sektoru fərqli sahələr, o cümlədən turizm potensialı baxımından böyük üstünlüklərə malikdir: “2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30 faiz artıb. Ötən il ölkəmizə iki milyondan artıq turist gəlib. Bu il də ölkəyə gələn turistlərin sayının artacağı gözlənilir. Yeni destinasiyalar var. Xüsusilə Çin, Hindistan və digər Asiya ölkələrindən Azərbaycana gələnlərin sayında artımlar var.

İşğaldan azad olunmuş ərazilərimizin turizm potensialı kifayət qədər böyükdür. Bərpa, yenidənqurma və məskunlaşma prosesindən sonra bu bölgələrin kifayət qədər çox sayda turist cəlb edəcəyi gözlənilir. Buna görə də, bu bölgələrin turizm potensialının daha yaxından istifadə olunması, eyni zamanda Azərbaycanda turizmin deyil, bütövlükdə qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar yaradacaq”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
28
Mənbələr
Şərh ()
Bağla