AZ

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib

Milli.Az xəbər verir ki, Ermənistan hakimiyyəti Fransada yaşayan erməni əsilli jurnalist Leo Nikolyanın ölkəyə girişinə qadağa qoyub. 

Milli.Az bildirir ki, L.Nikolyan İrəvanın "Zvartnots" hava limanında aclıq aksiyası elan edib.

"Mən Ermənistanı tərk etmirəm, elə buradayam, "Zvartnots" hava limanının pasport nəzarəti şöbəsində aclıq aksiyası elan edirəm. Qərar təqdim etmədən, əsaslandırmadan ölkəyə girişimə qadağa qoyuldu. Bəlkə də Voskepardakı hadisələri işıqlandırdığım, orada olduğum üçün..." - L.Nikolyan videomüraciətində qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
9
3
Mənbələr
Şərh ()
Bağla