AZ

Fransalı jurnalist Ermənistana buraxılmadı

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Ermənistan hakimiyyəti Fransada yaşayan erməni əsilli jurnalist Leo Nikolyanın ölkəyə girişinə qadağa qoyub. 

L.Nikolyan İrəvanın "Zvartnots" hava limanında aclıq aksiyası elan edib.

"Mən Ermənistanı tərk etmirəm, elə buradayam, "Zvartnots" hava limanının pasport nəzarəti şöbəsində aclıq aksiyası elan edirəm. Qərar təqdim etmədən, əsaslandırmadan ölkəyə girişimə qadağa qoyuldu. Bəlkə də Voskepardakı hadisələri işıqlandırdığım, orada olduğum üçün..." - L.Nikolyan videomüraciətində qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
Mənbələr
Şərh ()
Bağla