AZ

Almaniyalı deputatın köməkçisi Çinə casusluqda şübhəli bilinərək həbs edilib

Almaniyalı deputatın köməkçisi Çinə casusluqda şübhəli bilinərək həbs edilib.

APA DW-yə istinadən xəbər verir ki, həbs olunan Jian G adlı şəxsin Avropa Parlamenti seçkilərində Almaniyanın sağçı populist AFD partiyasının əsas namizədi Maksimilian Kranın köməkçisi olduğu deyilir.

Jian G Çinin xeyrinə casusluq etməkdə şübhəli bilinir.

Jian G parlamentin əməliyyatları haqqında məlumatı Çin Dövlət Təhlükəsizlik Nazirliyinə (MSS) ötürməkdə şübhəli bilir. Onun hazırladığı hesabatlarda çinli müxalifət üzvlərinə xüsusi diqqət yetirildiyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
6
Mənbələr
Şərh ()
Bağla