AZ

"Azərbaycanın əsas hədəfi bölgəyə sülhün gəlməsi və..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan xalqının davamlı olaraq bir çox mühüm qələbələrə imza atdığının şahidiyik". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan öz tarixinin ən şanlı və şərəfli günlərini yaşamağa davam edir: "2020-ci ildə torpaqlarımızı azad etdik. 2023-cü ildə suverenliyimizi tam bərpa etdik. Bir neçə gün bundan öncə Rusiya sülhməramlıları Qarabağı tərk etdilər. Ən önəmli məsələlərdən biri isə 4 kəndin azad olunmasıdır. Bu, müharibə olmadan, dövlət başçısının apardığı uğurlu diplomatik fəaliyyət nəticəsində mümkün oldu. Azərbaycan xalqı qələbəyə imza atdı.

Qeyd etmək lazımdır ki, uzun müddətdir Azərbaycana ciddi təzyiqlər və cəhdlər var idi, Ermənistan da müharibəyə təhrik edilirdi. Azərbaycan uğurlu siyasətlə ona nail oldu ki, heç bir vasitəçi olmadan biz Ermənistanla anlaşdıq və qarşı tərəf 4 kəndimizi qaytarmağa razılaşdı. Ümumiyyətlə, son vaxtlar aparılan ikitərəfli danışıqlar prosesə daha çox töhfə verir, nəinki hansısa vasitəçinin iştirak etdiyi platformalar. Bu da uğurlu diplomatik gedişin nəticəsidir. Bu istiqamətdə danışıqlar öz töhfəsini verir. Davamlı olaraq Ermənistanı Azərbaycanla şantaj edib, belə bir görüntü yaratmağa çalışdılar ki, Azərbaycan ermənilərə qarşı guya "etnik təmizləmə" həyata keçirir. Sanki Azərbaycan Ermənistana hücum edəcək. Son proseslər onu göstərdi ki, Azərbaycanın belə bir planı yoxdur. Azərbaycanın əsas hədəfi bölgəyə sülhün gəlməsi və bunun üçün addımların atılmasıdır. Son razılaşma Qərbin apardığı siyasətin heç bir təsirə malik olmadığını növbəti dəfə açıq-aydın göstərdi. Azərbaycan bütün məqsəd və hədəflərinə mütləq nail olacaq".

Onun sözlərinə görə, bu, cənab Prezidentin növbəti qələbəsidir: "Bu gün Azərbaycan öz kəndlərini geri qaytardı. Burada cənab Prezidentin müstəsna rolu var. Bu kəndlərin qaytarılması addım-addım, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın növbəti böyük uğurudur və qələbəsidir. Dəfələrlə cənab Prezident bu məsələyə qayıtmışdır, qeyd etmişdir, Ermənistan qarşısında vurğulamışdır. Nəticədə də Azərbaycan bu torpaqları geri aldı. Qan tökmədən Ermənistanla bu nəticəyə getdi. Biz bütün torpaqlarımızı azad etdik və qələbəmizi təmin etdik. Bu mənada böyük uğur və qələbə kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycan məqsədli şəkildə öz hədəflərinə və məqsədlərinə doğru irəliləyir. Bu da bizə imkan verir ki, biz qələbəmizi ən yüksək səviyyədə və formada təmin edək. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bütün uğurlarına mərhələli şəkildə nail olur və məqsədlərinə çatır".

Müəllif: Söylü Ağazadə
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla