phrase_var_article.
"Həkimlərimizi tanıyaq!" rubrikamızda həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan Nərimanov Tibb Mərkəzinin 7 nömrəli Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının Laboratoriya şöbəsinin müdiri Nuranə Saleh qızı Abbasovadan bəhs edəcəyik.
O, 1983-cü ildə anadan olub. 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi biologiya fakültəsinə daxil olub, 2006-cı ildə universiteti həkim-laborant ixtisası üzrə bitirib. 2006-2007-ci illərdə M.Mirqasımov adına Respublika Klinik xəstəxanasında internatura keçib.
Nuranə Abbasova 2008-2020-ci illərdə General Hospital klinikasında həkim-laborant işləyib. 2022-2023-cü illərdə Nərimanov Tibb Mərkəzinin Laboratoriya şöbəsində həkim-laborant vəzifəsində çalışıb. 2023-cü ildən həmin müəssisənin 7 nömrəli Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının Laboratoriya şöbəsinin müdiridir.
Həkim 2023-cü ildə AZKLMİB təşkil etdiyi beynəlxalq laboratoriya konfransında iştirak edib.