EN

Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova

"Həkimlərimizi tanıyaq!" rubrikamızda həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan Nərimanov Tibb Mərkəzinin 7 nömrəli Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının Laboratoriya şöbəsinin müdiri Nuranə Saleh qızı Abbasovadan bəhs edəcəyik.
 
O, 1983-cü ildə anadan olub. 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi biologiya fakültəsinə daxil olub, 2006-cı ildə universiteti həkim-laborant ixtisası üzrə bitirib. 2006-2007-ci illərdə M.Mirqasımov adına Respublika Klinik xəstəxanasında internatura keçib.
 
Nuranə Abbasova 2008-2020-ci illərdə General Hospital klinikasında həkim-laborant işləyib. 2022-2023-cü illərdə Nərimanov Tibb Mərkəzinin Laboratoriya şöbəsində həkim-laborant vəzifəsində çalışıb. 2023-cü ildən həmin müəssisənin 7 nömrəli Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının Laboratoriya şöbəsinin müdiridir.
 
Həkim 2023-cü ildə AZKLMİB təşkil etdiyi beynəlxalq laboratoriya konfransında iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
Sources
Comment ()
Close