AZ

Çin son on ilin ən böyük hərbi təmirini həyata keçirəcək

...Çin ordusunda strateji dəstək qüvvələri ləğv olunacaq və yeni birlik - informasiya təminatı qüvvələri yaradılacaq.

SİA RBC-ə istinadən yazır ki, bu barədə göstərişi hökumətin məlumatında Çin prezidenti Si Cinpin verib.

...Qeyd edək ki, Strateji Dəstək Qüvvələri kibermüharibə və siyasi qarşıdurmada səyləri əlaqələndirmək üçün doqquz il əvvəl, 2015-ci ildə yaranıb. Əvvəllər bu struktura tabe olan aerokosmik və kiber bölmələr müstəqil olaraq, informasiya dəstəyi qüvvələri ilə paralel fəaliyyət göstərəcək.

Si Cinpin vurğulayıb ki, yeni bölmə “kiber informasiya sisteminin yaradılması və istifadəsinin əlaqələndirilməsində əsas dəstək verəcək”.

Bloomberg bu dəyişiklikləri 2015-ci ildən bəri Çin ordusunun ən böyük yenidən təşkili adlandırır.

Nazlı

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla