AZ

"Qarabağ" "Qəbələ" oyununda məhsuldar heç-heçə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Qəbələ" ilə üz-üzə gəlib.

Qarşılaşma heç-heçə başa çatıb - 2:2. Qonaqlarda 19-cu dəqiqədə Bilel Auaşeriya fərqlənib. "Köhlən atlar"da 66-cı dəqiqədə Yassin Benzia, 71-ci dəqiqədə Abdullah Zubir rəqibi məyus edib. 85-ci dəqiqədə "Qəbələ"dən Yaovi Akakpo görüşdə son nöqtəni qoyub.

Çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" xallarının sayını 73-ə çatdırıb. Sonuncu-onuncu sıradakı "qırmızı-qaralar"ın 17 xalı var.

Qeyd edək ki, günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

Seçilən
102
12
1

1Mənbələr

Şərh ()
Bağla