AZ

Tavuş sakinlərinin bağladıqları Ermənistan-Gürcüstan yolu açılıb

Polis Tavuş sakinlərinin səhərdən bağladıqları Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunu açıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  etirazçıların bəziləri avtomobillərini yığışdırmağa razılaşıblar, çünki bazar ertəsi onlara bütün suallarını cavablandıracaq baş nazirin müavini ilə görüş vəd edilib.

Elə maşınlar olub ki, sürücülərini tapmaq mümkün olmayıb. Polis onları zorla hərəkət etdirməyə çalışsa da, buna nail ola bilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
34
9
Mənbələr
Şərh ()
Bağla