AZ

Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…

Ermənistanın Tavuş vilayətində erməni sakinlərin 1990-1991-ci illərdə Qazax rayonunun işğal edilmiş 4 kəndinin Azərbaycanın nəzarətinə qaytarılmasına etiraz etdiyi qarşıdurmada “Hayastan” fraksiyasından olan deputat Qarnik Danielyan yaralanıb.
 
Moderator.az xəbər verir ki,  bu haqda “Kavkazskiy uzel” nəşri məlumat yayıb.
 
“Bu gün(21.04-S.L.) Ermənistanın Tavuş vilayətində torpaqların Azərbaycana verilməsinə etiraz olaraq yolu bağlayan kənd sakinləri “Yerkrapa” Könüllülər Birliyinin maşınının keçməsinə mane olublar. Polis başlayan iğtişaşın qarşısını almağa çalışıb. Deputat Qarnik Danielyan yerli sakinlərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma zamanı yaralanıb. Bu haqda onun fraksiya həmkarı Kristine Vardanyan bildirib.
 
O, sosial şəbəkədəki səhifəsində yazıb: “Qarnik Danielyan vətəndaşların yanında idi... Bir qrup həmkarımla birlikdə Tavuşdayıq”. 
İlkin məlumata görə, deputat ciddi xəsarət almayıb. Onun fikrincə, baş verənlərdə hakimiyyət günahkardır. “Hakimiyyətin təxribatı nəticəsində Tavuş sakinlərinin yolu bağladığı Baqrataşen hissəsində qarşıdurma baş verib”, – Kristin Vardanyan News.am-a açıqlamasında belə deyib.
 
O da xatırladılır ki, dünən Tavuş vilayətinin sərhədyanı Kirants və Voskepar(Əskipara) kəndlərinin sakinləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarını əraziləri minlardan  təmizləmək üçün bu kəndlərə buraxmayıb və Ermənistan hakimiyyətindən  kəndlərin verilməsi haqqında Azərbaycana razılaşmanı ləğv etməyi tələb edərək yenidən yolu bağlayıblar.
 
“Bir gün əvvəl, aprelin 20-də Kirants kəndinin sakinləri də hakimiyyətin Azərbaycana torpaq qaytarmaq qərarına etiraz əlaməti olaraq magistral yolu bağlayıblar. Həmin axşam onlar magistral yolu açdılar.
 
Təsvir edilən hadisələrdən bir gün əvvəl, aprelin 19-da Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə dövlət komissiyaları SSRİ-nin dağıldığı dövrdə iki ölkənin sərhədinin onun şimal hissəsindəki xətt üzrə razılaşdırılması barədə razılığa gəliblər. Müqavilələr nəticəsində dörd kənd Azərbaycanın nəzarətinə keçəcək.
 
2024-cü il martın əvvəlində Azərbaycan Ermənistandan sərhəddəki 8 kəndi azad etməyi tələb edib. Ermənistanın baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiyası prosesi başlamazdan əvvəl 4 kənddən imtina etməyə hazırdır, lakin 31 kəndin Ermənistan üçün həyati əhəmiyyət kəsb etdiyini açıqlayıb.
 
Xatırladaq ki, aprelin 19-da Tavuş rayonunun Bağanis və Voskepar kəndlərinin sakinləri də kəndlərin Azərbaycana verilməsinə etiraz olaraq dövlətlərarası yolu bağlayıblar. Aprelin 20-də səhər saatlarında yolu açıblar.
 
Aprelin 20-də Nikol Paşinyan bildirib ki, 2021-ci ilin avqustunda Voskepar kəndi yaxınlığında yerləşdirilən rusiyalı sərhədçilər Azərbaycanla sərhədin delimitasiyası başlanandan sonra Tavuş vilayətindən çıxarılacaq”- xəbərdə belə deyilir.
 
S.Laçın
 
Seçilən
207
19
Mənbələr
Şərh ()
Bağla