AZ

Qurban Qurbanovdan “feyr-pley”ə layiq növbəti addım

style='margin-bottom:10px;'>

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “feyr-pley”ə layiq növbəti addımla diqqət çəkib.

QOL.az xəbər verir ki, Misli Premyer Liqasının 31-ci turunda "Qəbələ"yə qarşı matçın 40-cı dəqiqəsində top Ağdam təmsilçisinin futbolçusundan auta çıxıb. Ancaq yan xətt hakimi səhv qərar verərək topun son olaraq "Qəbələ"nin oyunçusuna toxunduğunu bildirib. Qurban Qurbanov əli ilə əks tərəfi göstərərək topun rəqib deyil, "Qarabağ"ın futbolçusundan çıxdığını göstərib. Lakin hakim fikrini dəyişməyib. Yekunda Qurban Qurbanov futbolçusu Toral Bayramova bildirib ki, topu rəqib tərəfə göndərsin.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla