AZ

Almaniya XİN-dən Azərbaycanla Ermənistan arasında razılaşmaya REAKSİYA

Almaniya Xarici İşlər Nazirliyi Aərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasına dair razılaşma və Qazaxın işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılmasını alqışlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya XİN bəyanat yayıb.

“Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırır.

Almaniya davamlı sülh yolunda hər cür dəstəyi verməyə hazırdır”, - deyə XİN məlumatında qeyd edilib.

Bizim.Media
 

Seçilən
152
26
Mənbələr
Şərh ()
Bağla