- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Latviya Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası ilə bağlı əldə olunan razılaşmanı alqışlayıb.Bakıvaxtı.az xəbər verir ki, bunu latviya xarici işlər naziri Bayba Braze X sosial şəbəkəsindəki hesabında yazıb.“Mən 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan iki ölkə arasında sərhədlərin demarkasiyası çərçivəsində Ermənistan və Azərbaycan arasında imzalanmış sazişi alqışlayıram. Bu, İrəvan və Bakı arasında sabit sülh sazişi yolunda mühüm addımdır”, - nazir bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.