AZ

Yaxın Şərqdə baş berən TƏBİİ FƏLAKƏTLƏR: 75 ilin ən güclü yağışlarnın SƏBƏBLƏRİ

 

“Sinoptiklərin 6 gün öncə yağıntılı hava şəraitinin olacağı ilə bağlı verdiyi proqnoz onu deməyə əsas verir ki, yağan intensiv yağıntılar bulud manipulyasiyasıyla deyil, siklonik fəaliyyətlə və sinoptik şəraitlə əlaqədar olub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər yaxın şərq, o cümlədən Dubayda yağan güclü leysan yağışlarının səbəblərini şərh edən meteroloq Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, son günlərdə Körfəz ölkələrində Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Yəməndə yağan leysan yağışlar ciddi ziyan və tələfatlara səbəb olub.

“Bəzi mütəxəssislər iddia edir ki, bu ölkələrdə son 75 ilin ən güclü yağışlarnın səbəbi bulud nüvələrinin havaya səpilməsidir. Lakin sinoptiklərin 6 gün öncə yağıntılı hava şəraitinin olacağı ilə bağlı verdiyi proqnoz onu deməyə əsas verir ki, həqiqətən də yağan intensiv yağıntılar bulud manipulyasiyasıyla deyil, siklonik fəaliyyətlə və sinoptik şəraitlə əlaqədar olmuşdur. Ehtimal olunan əsas səbəblərdən biri də iqlim dəyişmələri və onun getdikcə artan təsirləridir, – mütəxəssis deyib.

C,Hüseynov qeyd edib ki, bulud nüvələrinin səpilməsi buludun yağıntı istehsal etmək qabiliyyətini artıran bir hava manipulyasiya üsuludur:
“İstifadə olunacaq təyyarə səmaya göndərilməzdən əvvəl sinoptiklər toxum üçün düzgün bulud seçməlidirlər. Natrium xlorid və kalium xlorid hissəciklərindən ibarət olan yağıntı nüvələri “cumulyus” buludunun gövdəsinə doğru yüksəldikcə, buludda kiçik su damcılarını özünə çəkir və bu damcılar iriləşərək, yağış damcılarını əmələ gətirirlər. Beləliklə, onların düşmə sürəti qalxan havanın sürətindən böyük və ağır olduqları üçün göydən yerə düşürlər.

İllik yağıntının az olduğu bölgələrdə bu üsul minimum enerji sərfiyyatı tələb etdiyi üçün qiymətli su mənbəyi yaradır. Bir saatlıq bulud manipulyasiyası 100 min kubmetrə qədər su verə bilər”.

Mütəxəssia əlavə edib ki, ABŞ-ın Kaliforniya ştatı və Birləşmiş Ərəb Əmirlikləri kimi quraqlıqdan təsirlənən bölgələrdə az miqdarda su əldə etmək ümidi ilə bu kimi texnologiyalara sərmayə qoyulur.

“Dünya miqyasında bulud nüvələri səpən ölkələrin sayı 50-dən çoxdur. ABŞ-ın Kaliforniya ştatı və Birləşmiş Ərəb Əmirlikləri kimi quraqlıqdan təsirlənən bölgələrdə az miqdarda su əldə etmək ümidi ilə bu kimi texnologiyalara sərmayə qoyulur. Bu proses təkcə yağıntının miqdarını artırmaq üçün deyil, həm də dolunun ölçüsünü azaltmaq üçün istifadə olunur. Yağan leysan yağışların siklonik fəaliyyətlə və sinoptik şəraitlə əlaqədar olduğunu əsas gətirərək bildirirəm ki, respublikamızın dağlıq və dağətəyi rayonlarında da aprel, may və iyun aylarında yaz fəsli üçün xarakterik olan güclü leysan yağışlar, dolu, sel və daşqınların müşahidə ediləcəyi ehtimalı vardır”, – deyə o yekunlaşdırıb.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
1860
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1622
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1227
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
1026
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
931
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
853
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
655
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
637
Röyanın biabırçı videosu yayıldı
631
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
547
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
517
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
515
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
492
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
473
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
452
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
450
Sabah 20 dərəcə isti olacaq
371
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
368
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
327
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı - VİDEO
313