AZ

Yanvar-mart aylarında Türkiyənin Özbəkistana hazır geyim məhsulları ixracı artıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Özbəkistana hazırgeyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2dəfə artaraq, 24,7 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadənməlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin mart ayında Türkiyə Özbəkistana 13,1 milyon dollarməbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilinmart ayı ilə müqayisədə 2,5 dəfə çoxdur”, – deyə nazirlikdənvurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyəninhazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə12,5 faiz azalaraq, 4,5 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazırgeyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı iləmüqayisədə 18,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə18,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixracedib.

Seçilən
93
31
Mənbələr
Şərh ()
Bağla