AZ

Baş Prokurorluq Astarada təmizlik aksiyası etdi - FOTOLAR

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub, 4 hektara yaxın sahil zolağı plastik və digər məişət tullantılarından təmizlənib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı əsasında Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilən kompleks tədbirlərin davamı olaraq, aprelin 20-də Baş Prokurorluğun təşkilatçılığı ilə Astara rayonunda, Xəzər dənizinin sahilində təmizlik aksiyası keçirilib.

Keçirilən aksiyada Baş Prokurorluğun, eləcə də Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon prokurorluqlarının əməkdaşları, rayon ictimaiyyəti, Astara Pedoqoji Kolleci və Astara rayon Gənclər idarəsinin könüllüləri də daxil olmaqla ümumilikdə, 100-dən çox şəxs iştirak edib.

“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” şüarı altında təşkil edilən aksiyanın əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən 4 hektara yaxın sahil zolağı plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Söylü Ağazadə
Seçilən
29
50
Mənbələr
Şərh ()
Bağla