AZ

Füzulidə səsucaldcı ilə icra başçısını söyən şəxs həbs edildi

Füzuli rayonunun inzibati mərkəzi olan Horadiz qəsəbəsində insident baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə aprelin 17-də saat 13 radələrində Horadizdə “Saat dairəsi” adlanan yerdə baş verib.

Naməlum şəxs dairədəki saatın üzərinə çıxaraq səsucaldan vasitəsilə rayonun rəhbərliyi və icra başçısının ünvanına təhqiramiz ifadələr işlətməyə başlayıb.

Əraziyə gələn polislər onu saxlayaraq Füzuli rayon Polis Şöbəsinə aparıblar. Burada şəxsiyyəti müəyyənləşdirilərkən həmin şəxsin Əhmədalılar kəndinin sakini olan 35 yaşlı F.H olması məlum olub. Onun barəsində inzibati xətaya dair protokol tərtib edilib.

Saxlanılan şəxs ifadəsində bildirib ki, Füzulidə özünə məxsus şirkəti var və bununla bağlı icra hakimiyyətinə müraciət edib:

“Özümə məxsus olan MMC-nin sahəsini böyütmək üçün Füzuli rayonu, Əhmədalılar kəndinin bələdiyyəsinə müraciət edərək, həmin kəndin örüş otlaq sahəsini adıma rəsmiləşdirmək istədim. Bununla bağlı nəticə əldə edə bilmədiyimə görə, Horadizdə “Saat dairəsi” adlanan yerdə olan saatın üzərinə çıxıb səsucaldan vasitəsilə səs-küy salmağa başladım. Füzuli rayon İcra Hakimiyyəti başçısının ünvanına nalayiq sözlər deməklə ictimai qaydanı pozmuşam. Ətrafdakı insanların diqqətini özümə cəlb etmişəm, həmin yerə gələn polis əməkdaşları məni nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə baxmayaraq, hərəkətlərimi davam etdirdim. Törətdiyim əmələ görə çox peşmanam”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
2033
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1725
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1359
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
1225
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
1081
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
930
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
713
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
700
Röyanın biabırçı videosu yayıldı
658
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
558
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
541
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
527
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
526
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
514
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
505
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
476
Sabah 20 dərəcə isti olacaq
401
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
399
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
348
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı - VİDEO
331