AZ

ABŞ-da soyqırım senzurası davam edir

ABŞ-da Qəzzadakı qırğınlara çıxanlara qarşı senzura davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin Biologiya fakültəsinin ən yaxşı tələbəsi Asna Təbəssüm mayın 10-da buraxılış mərasimində çıxış etmək üçün professorları tərəfindən seçilib.

Lakin Təbəssümün məzuniyyət çıxışı sosial şəbəkədə soyqırıma reaksiya verdiyi üçün universitet rəhbərliyi tərəfindən ləğv edilib. Səbəb kimi təhlükəsizlik riski olduğu iddia edilib. Təbəssüm Universitetinin “nifrət kampaniyasına” təslim olduğunu bildirib.

Təbəssümə dəstək verən qurum "Demokratiyanı dayandıranlar vicdanlarını susdura bilməzlər" deyə bildirib.

Müəllif: Söylü Ağazadə
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla